Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 648,1 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3 milyard dollara yaxın olub
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 dəfə azdır.
Ümumi profisit ölkənin cari əməliyyatlar balansındakı 2 milyard 625,3 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 49,1 % az), kapital hesabındakı 0,5 milyon ABŞ dollarlıq profisit (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 2 milyard 209,4 milyon dollarlıq kəsir (1 il bundan əvvəl profisit olub), balanslaşdırıcı maddələr üzrə 231,7 milyon dollarlıq profisit (1 il bundan əvvəl kəsir olub) hesabına formalaşıb.