Ötən il tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb
FED.az xəbər verir ki, bunu Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunları dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, bu, əvvəlki illə müqayisədə 1 milyard dollar çoxdur. Belə ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard dolları ABŞ dolları kəsir olmuşdu.
"Burada söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə o, bildirib.











