Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.
Eləcə də bax: Təcili: Azərbaycan Mərkəzi Bankı faiz qərarını - AÇIQLADI - TAM MƏTN
FED.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 milyard ABŞ dollarına yüksəlmişdir.
Məlumatda qeyd edilib ki, 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir.
Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil etmişdir. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.
Məlumatda bildirilib ki, xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil etmişdir. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir. (Marja)