Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.
Qeyd edilib ki, hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. dollar və ya 20% artaraq 85 mlrd. dolları keçib, hazrıda 91 mlrd. dollar təşkil edir. (Apa)











