Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 4,4% artaraq 53 milyard dolları keçib.
Eləcə də bax: Təcili: Mərkəzi Bank uçot dərəcəsini - ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
"O cümlədən 11 ay ərzində AMB-nin valyuta ehtiyatları 10,2% artaraq 7 milyard dolları üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir", - deyə qurum bəyan edib.