2025-ci ilin 3-cü rübündə (yanvar-sentyabr) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatını 184,8 tona çatdırıb.
Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, 30 sentyabr 2025-ci il tarixinə Fondun ABŞ dolları portfelinin 22 milyard 982,9 milyon dollarlıq hissəsini (32,8%) qızıl investisiyaları təşkil edib.
30 iyun 2025-ci il tarixində Fondun ABŞ dolları portfelinin 19 milyard133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edirdi. Həmin tarixdə ARDNF 181,1 ton qızıla malik idi.
2024-cü ilin sonunda ARDNF-in ABŞ dolları portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edirdi. 31 dekabr 2024-cü il tarixində Fondun 146,6 ton qızılı ehtiyatı var idi. Beləliklə, 2025-ci ilin 9 ayı ərzində Fondun qızıl ehtiyatı 38,2 ton artıb.