Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 520,6 milyon manatlıq əməliyyat aparılıb.
Eləcə də bax: Azərbaycan əhalisinin bank əmanətlərinin həcmi - 10%-dək Artıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,3 % çoxdur.
6 aylıq göstəricinin 4 813,5 milyon manatlıq hissəsi ilkin bazarda (təxminən 77,6% çox), 3 707,1 milyon manatlıq hissəsi isə təkrar bazarda (68% çox) formalaşıb.
Hesabaat dövründə qiymətli kağızlar bazarında 5 914 əqd bağlanılıb. Bu illik müqayisədə 2,5 dəfə çoxdur. Əqdlərin 1 078-i ilkin bazarın (2,5 dəfə çox), 4 836-si isə təkrar bazarın (2,5 dəfə çox) payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 5 169 milyon manatlıq hissəsi və yaxud 60,7%-i dövlət qiymətli kağızlarının, 421 milyon manatlıq hissəsi və yaxud 4,9%-i korporativ qiymətli kağızların, 2 930,9 milyon manatlıq hissəsi və yaxud 34,4%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 74,4% çox, 2,8 dəfə az və 3,9 dəfə çoxdur.
Ötən 6 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 306-sı və yaxud 22,1%-i dövlət qiymətli kağızlarının, 2 788-i və yaxud 47,1%-i korporativ qiymətli kağızların, 1 820-si və yaxud 30,8%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 92,6% çox , 2,2 dəfə çox və 4,1 dəfə çoxdur. (Report)