Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" özünün "Neo Bank" bank məhsulunu bazara çıxaracaq.
Eləcə də bax: Azercell rəqəmsal kartının növbəli aktivasiyasına - START VERDİ!
FED.az xəbər verir ki, bunu "Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edərkən "Azercell"in nümayəndəsi Nərgiz Tağızadə deyib.
Onun sözlərinə görə, layihə üzrə işlərə 4 ay əvvəl başlanılıb və onun icrasına bir çox mütəxəssislər cəlb edilib.
""Neo Bank" konsepsiyası əsasında kart məhsulu ilə bazara çıxırıq. "Visa" bizim tərəfdaşımızdır, "Paşa Bank" emitent qismində çıxış edir. Bir sıra başqa tərəfdaşlarımız var, misal olaraq "Azİntelecom"dan biz SİMA həllini alırıq. Xidmət hissəli şəkildə istifadəyə verilib və növbəti həftələrdə məhsul ölkə səviyyəsində istifadəyə veriləcək", - deyə Nərgiz Tağızadə qeyd edib. (Apa)