“Standard & Poor's” beynəlxalq reytinq agentliyi iqtisadi artım perspektvlərinin yaxşılaşması fonunda Azərbaycanın maliyyə sisteminin möhkəmlənməsini proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, agentlik 2021-ci ilədək Azərbaycan iqtisadiyyatının orta hesabla 3,3 faiz artacağını gözləyir:
“İqtisadi artım istehlak həcminin bərpa olunması və biznes sahəsində etimadın yüksəlməsi ilə dəstəklənəcək”.
Bundan başqa, Azərbaycanda iqtisadi riskin inkişaf tendensiyası “mənfi”dən “sabit”ə dəyişdirilib. Bu amil, əsas makroiqtisadi amillərin stabilləşməsini əks etdirir.