Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə investisiya qoyuluşu illik müqayisədə 2,7 dəfə artaraq 7,2 milyon manata çatıb. Bu, ümumi vəsaitlərin 0,1%-ni təşkil edib.
FED.az-ın Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumatına görə, bu ilin 8 ayında əsas kapitala yönəldilən ümumi vəsaitin böyük hissəsi - 54,9%-i sənayeyə yönəldilib.
Rəsmi statistikaya əsasən, 2018-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilən vəsaitlərin qalan hissəsi isə belə bölünüb:
19,6% - tikinti,
13,4%- nəqliyyat və anbar təsərrüfatı,
1,5% - səhiyyə,
1,3% - təhsil,
0,5% - inzibati və yardımçı xidmətlərin göstərilməsi,
0,5% - istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət,
0,4% - ticarət, nəqliyyat vasitələrinin təmiri,
0,2% - turistlərin yerləşdirilməsi və ictimai iaşə,
0,1%- maliyyə və sığorta,
0,1% - digər sahələrdə xidmətlərin göstərilməsi.
Azərbaycanın maliyyə sektoruna investisiyalar artıb
23:28
20 Sen 2018