“Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb. FED.az xəbər verir ki, bu barədə agentliyin açıqladığı məlumatda qeyd edilir.
Məlumata görə, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində müəyyən edib. Reytinq üzrə proqnoz isə sabitdir.
S&P aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilərin qeydə alınacağını proqnozlaşdırır: “2018-ci ildə zəifləməyə baxmayaraq fiskal balans olduğu kimi qalacaq. 2019-2022-ci illərdə iqtisadi artım davam edəcək və xarici balansda az da olsa profisit qeydə alınacaq”.
Eləcə də bax: Əhaliyə hər il 4-5 milyard manat haradan gəlir? - ARAŞDIRMA