Azərbaycanda gələn il kapital bazarının inkişafına dair tədbirlər müvafiq strategiya çərçivəsində hüquqi bazanın təkmilləşdirilməsi, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarda iştirakın stimullaşdırılması və nəzarət çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək.
Eləcə də bax: Mərkəzi Bank 2021-ci il üçün planlarını açıqladı - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, kapital bazarında hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində sekyuritizasiya prosesi, törəmə maliyyə alətləri və repo bazarı üzrə beynəlxalq standartlara uyğun requlyativ çərçivəsinin yaradılması, eləcə də maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi və beləliklə də bazarda yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə kapital bazarının dərinliyinin artırılmasına dəstək olacaq.
Kapital bazarında əməliyyat mühitinin təkmilləşdirilməsi üzrə müasir standartlara cavab verən mərkəzləşdirilmiş ticarət sisteminin qurulması, eyni zamanda qiymətli kağızların qeydiyyatı prosesinin elektronlaşdırılması üzrə görüləcək işlər emitentlərin və investorların bazara çıxış imkanının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edəcək.