Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin valyuta tərkibinə daxil olan bir sıra valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə dəyər itirməsi, eyni zamanda qızıl alt portfeli üzrə qiymət dəyişimi nəticəsində Fondun büdcədənkənar xərcləri yaranmışdır.
Eləcə də bax: Dövlət Neft Fondu defisitdən profisitə - KEÇİB
Rəydə qeyd edilib ki, 2021-ci il ərzində Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər 1 milyard 646,6 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər manat ifadəsində 472,8 milyon manat təşkil etmişdir.
Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri (qızıl daxil olmaqla) 1 milyard 246,6 milyon ABŞ dolları təşkil etmişdir.
Valyutalar üzrə mənfi gəlirlilikdə əsas pay avro (710,7 milyon ABŞ dolları), TRY (138,4 milyon ABŞ dolları) və JPY (70,1 ABŞ dolları) portfelləri üzrə olmuşdur.
Nəticə etibarı ilə Fond hesabat ilini 4 milyard 603 milyon manat və ya 2 milyard 707,6 milyard ABŞ dolları profisitlə başa vurmasına baxmayaraq, büdcədənkənar xərclərin hesabına (2 milyard 707,4 milyon ABŞ dolları - 1 milyard 246,6 milyon ABŞ dolları) Fondun vəsaiti ilin əvvəlinə nisbətdə 1 milyard 460,8 milyon ABŞ dolları artaraq 45 milyard 25,1 milyon ABŞ dolları təşkil etmişdir. (Marja)