Yanvarın 12-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 2C, məhəllə 593 ünvanında) ləğv prosesində olan "Royal Bank" ASC-nin avadanlıq və əşyalarının, yanvarın 19-da, saat 11:00-da isə "Bank Standard" QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 18A, 211-ci məhəllə ünvanında yerləşən daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Xatırladaq ki, "Bank Standard"a məxsus, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı dekabrın 22-nə təyin olunmuş ilkin hərrac baş tutmamadığından, təkrar hərracın keçirilməsinə qərar verilib. Əmlaka 29 milyon manat qiymət qoyulub. "Royal Bank"a məxsus daşınar əmlakların qiyməti isə 10 min manatdır.
Hərraclarda iştirak etmək istəyənlər təşkilatçıya satış qiymətinin 5%-i qədər beh ödəməlidir. Alış qiymətini isə 7 təqvim günündə sifarişçinin hesabına ödənilməlidir.
Hərracda iştirak etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqələrini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Telefon: (050/055) 206-66-67.