Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 021,4 milyon manat, xərcləri isə 19 458,3 milyon manat təşkil edib.
Eləcə də bax: Maliyyə Nazirliyindən dövlət büdcəsinin icrasına dair - OPERATİV MƏLUMAT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, son nəticədə büdcədə 3 563,1 milyon manat qalıq yaranıb. Xatırladaq ki, bu il icmal büdcədə 7 335,3 milyon manat kəsir proqnozlaşdırılırdı.