Azərbaycanda ən byöük bank olmayan kredit təşkilatları (BOKT) məlum olub. FED.az-ın tərtib etdiyi BOKT-ların cəmi aktivlər renkinqinə əsasən, ölkədə cəmi 2 BOKT-un cəmi aktivləri 20 mln manatdan çoxdur. Bunlar “Embafinans” və “TBC Kredit”dir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda BOKT-ların cəmi aktivləri üzrə - RENKİNQİ
Ümumillikdə 4 BOKT-un cəmi aktivləri 10 mln manatdan çoxur. Bunlar «TBC Kredit» ( 25,3 mln. manat), «Embafinans» ( 22 mln.) , «Finoko» ( 13,9 mln. manat) və «Molbulak»dır ( 11,6 mln.).
ELƏCƏ DƏ BAX: Azərbaycanda BOKT-ların kredit portfeli üzrə - RENKİNQİ
Ölkənin ən kiçik 3 BOKT-nun cəmi aktivləri isə 1 mln manatı keçmir. Bunlar «Kredex» (443 min manat), “Az invest kredit” ( 401,4 m in manat) və “Qafqaz Kredit” (781,1 min manat) şirkətləridir.
Siyahıda 11 BOKT-un cəmi aktivləri 1-5 milyon manat arasında, 5 BOKT-un cəmi aktivləri isə 5-10 milyon manat arasındadır.