Bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcunun 27,4 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, bu rəqəm I rübdə dəyişməyib.