Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.
2025-ci ilin icmal büdcəsinin profisiti 3,3 milyard manata çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.
Büdcənin gəlirləri proqnozdan 0,9 % çox, xərcləri isə 4,2 % az icra olunub.
Son nəticədə ötən ay büdcədə 2 milyard 707,3 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 28,9 % çoxdur.










