Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 165 milyon manat, xərcləri isə 8 milyard 168,7 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8 % və 9,3 % çoxdur.
Son nəticədə büdcədə 3 milyard 235,2 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 28,4 % çoxdur.(Report)