Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat, xərcləri isə 20 722,1 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olub
FED.az Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, nəticədə büdcədə 515 milyon manat kəsir yaranıb.
2019-cu ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 4,8%, xərcləri 12,3% artıb.
Xatırladaq ki, bu il ərzində büdcədə
yanvar ayında 418,1 milyon manat profisit
yanvar-fevralda 283,0 milyon manat profisit
yanvar-martda 2 556,1 milyon manat profisit
yanvar-apreldə 2 306,5 milyon manat profisit
yanvar-mayda 1 135,3 milyon manat profisit
yanvar-iyunda 291,9 milyon manat profisit
yanvar-iyulda 182,4 milyon manat kəsir
yanvar-avqustda 401,5 milyon manat kəsir
yanvar-sentyabrda 677,6 milyon manat kəsir yaranmışdı.
Yanvar ayında büdcədə profisitin yaranması ötən ildən qalan vəsatilərlə bağlı idi. Martın sonunda büdcədə 2,6 milyarl manata yaxın profisitin yaranmasının səbəbi isə dollar ajiotajı ilə bağlıdır. Xatırladaq ki, mart ayında dünya bazarında neftin kəskuin ucuzlaşması nəticəsində ölkədə əhali və iş adamları arasında devalvasiya narahatlığı yarandı və dollarav tələbat kəskin artdı. Bu tələbi qarşılamaq və dollar qıtlığının yaranmaması üçün Neft Fondu özünün 2020-ci il ərzində büdcəyə köçürəcəyi vəsaitin bir hissəsini vaxtından əvvəl büdcəyə köçürdü. Həmin vaxt manata çevrilən dollarlar ajiotajın qarşısını aldı, artıq manat kütləsi isə büdcədə toplandı.
Nəticədə martın sonunda büdcədə 2,556 milyard manat artıqlıq yarandı. Amma bu vəsitlər böyük sürətlə – cəmi 4 aya «soruldu» və artıq iyun ayında büdcədə kəsir yarandı. Təkcə may-iyun aylarında büdcədəki artıq vəsaitlərin həcmi 2 milyard manat azalmışdı.