Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında (9 ayda) dövlət büdcəsinə 22 milyard 77 milyon manat vəsait daxil olub.
Azərbaycanda inflyasiya - 10,9%-Ə DÜŞÜB
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, büdcədən 23 milyard 214,5 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 1 milyard 137,5 milyon manatlıq kəsir yaranıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında (8 ayda) dövlət büdcəsinə 20 milyard 431,2 milyon manat vəsait daxil olmuş, büdcədən 20 milyard 649,7 milyon manat vəsait xərclənmiş və büdcənin icrasında 218,5 milyon manatlıq kəsir yaranmışdı.
Qeyd edək ki, dövlət büdcəsinin kəsiri əsasən istiqrazların buraxılışı yolu ilə cəlb edilən vəsait hesabına bağlanılır.