Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2022-ci ildə dövlət büdcəsinə 30 milyard 660,6 milyon manat vəsait daxil olub.
Prezident 2023-cü il dövlət büdcəsi haqqında Qanunu - TƏSDİQLƏYİB
FED.az Dövlət Statistika Komitəsinin illik hesabatına istinadən xəbər verir ki, büdcədən 32 milyard 8,3 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 1 milyard 347,7 milyon manatlıq kəsir yaranıb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat vəsait daxil olmuş, büdcədən 25 milyard 975,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 3 milyard 02,6 milyon manatlıq profisit (artıqlıq) yaranmışdı.
Qeyd edək ki, dövlət büdcəsinin kəsiri özəlləşdirmədən, daxili və xarici borclanmadan əldə edilən vəsaitlər, həmçinin əvvəlki ilin büdcəsinin vahid xəzinə hesabının qalığı (əgər olarsa) hesabına bağlanır.