Azərbaycanın ümumi dövlət borcunun məbləği 25,7 milyard manata çatır.
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 01 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 faizi xarici, 66,8 faizi daxili borcdur.
Başqa sözlə, xarici borc 8,5 milyard manat və ya təqribən 5 milyard dollar, daxili borc isə 17,2 milyard manatdır.
Nazirlikdən bildirilib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 faizdən aşağı saxlanır, borcun xarici hissəsi isə tədricən azaldılıb.