Son 2 ildə Azərbaycanın xarici borcu təqriböən 4 dəfə artıb.
Azərbaycanda dövlət istiqrazı alanlar yarım ildə –100 MİLYON DOLLAR QAZANIB - QRAFİK
FED.az biznes və maliyyə xəbərləri portalı Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında Azərbaycanın ümumi dövlət borcu 25 milyard 868 milyon manata çatıb.
Bu 2024-cü il ərzində gözlənilən 121,3 milyard manatlıq Ümumi daxili Məhsulun 21,2%-ni təşkil edir. Ümumi dövlət borcunun 9,1 milyard milyon manatı (və ya 5 milyard 361 milyon dolları) və ya 35,5 faizi xarici dövlət borcunun payına düşür.
Ümumi borcun 16 milyard 572 milyon manatı və ya 64,5 faizi isə daxili dövlət borcunun payına düşür.
Bununla yanaşı, azalan xarici borcdur – 6,5 milyard dollardan 5,4 milyard dollara düşüb – 900 milyon dollar azalma. Daxili borc isə 15,9 milyard manatdan 16,6 milyard manata yüksəlib - 700 milyon manat artım var.
Bununla yanaşı, 2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunda nəhəng artım var. Həmin vaxt cəmi 4,2 milyard manat borc olduğu halda indi bu rəqəm 16,6 milyard manat yüksəlib – 4 qat artım var.