2024-cü ilin 6 ayı üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 2.6 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 2.2 mlrd. dollarlıq kəsir yaranmışdır.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3 milyard dollara yaxın olub
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2024-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2024-cü ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.6 mlrd. dollar və ya ÜDM-in 7.5%- ni təşkil etmişdir (2023-cü ilin 6 ayı üzrə 5.2 mlrd. dollar profisit olmuşdur). Beləliklə, bu ilin 6 ayında cari əməliyyatlar hesabının profisiti 2 dəfə azalıb.
Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 15.4% daralaraq 6.9 mlrd. dollar, qeyri neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 41.1% artaraq 4.3 mlrd. dollar məbləğində olmuşdur.
Xarici ticarət balansı 2024-cü ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 20.1 mlrd. dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 9.6 mlrd. dollar həcmində profisit qeyri neft-qaz sektoru üzrə 5.0 mlrd. dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 4.6 mlrd. dollar həcmində profisit yaranmışdır. 2024-cü ilin 6 ayında Azərbaycanın dünyanın 169 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14.4%-i MDB üzvü olan ölkələrin, 85.6%-i isə digər xarici ölkələrin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 18.5% azalaraq 12.4 mlrd. dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 10.8 mlrd. dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (10.8 mlrd.$) 7.3 mlrd. dolları xam neftin, 3.2 mlrd. dolları təbii qazın, 0.3 mlrd. dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin 6 ayı üzrə qeyri neft-qaz ixracı 9.8% azalaraq 1.6 mlrd. dollar olmuşdur.
Əmtəə idxalı
2024-cü ilin 6 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 0.8% artaraq 7.7 mlrd. dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.1 mlrd. dollar olmuş, bunun da 1.0 mlrd. dolları ərzaq məhsullarının payına düşür. Qeyri neft-qaz sektoru üzrə idxal 15.6% artaraq 6.6 mlrd. dollar olmuşdur. Qeyri neft-qaz idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (3.6 dəfə), kərə yağının (52.7%), yük avtomobillərinin (44.0%), metalların (35.9%), hesablama maşınların (24.1%), kommutasiya qurğuların (22.8%), qazanlar, avadanlıq, mexaniki qurğuların (22.3%), tərəvəz məhsullarının (12.6%), ətir və kosmetik vasitələrinin (10.2%), bitki yağlarının (8%), şəkərin (6%), mebel məhsullarının (2.4%), daş və şüşə məmulatlarının (2.3%), alkoqollu və alkoqolsuz içkilərinin (1.8%), minik avtomobillərinin (0.5%) və sabun və yuyucu vasitələrinin (0.3%) idxalı artmışdır. Bu dövrdə, uçuş aparatların (94.0%), traktorların (31.2%), dənli bitkilərin (25.2%), əczaçılıq məhsullarının (23.1%), elektrik maşınların və aparaturanın (12.7%), ağac məmulatlarının (6.4%), tütün məhsullarının (4.7%) və kağız məmulatlarının (1.2%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.5% təşkil edərək 0.3 mlrd. dollar olmuşdur.
Xidmətlər balansı
2024-cü ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 8.3 mlrd. dollar dollar təşkil etmişdir. Bunun 4.7 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.6 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 0.2% azalaraq 1.1 mlrd. dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 0.9 mlrd. dollar olmuşdur. Qeyri neft-qazsektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0.2 mlrd. dollar) çatmışdır.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 29.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.4 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 61.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.9 mlrd.$ təşkil etmişdir.
Dövr ərzində qeyri neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 6.2%, idxalı isə 11.5% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 6 ayında 2.3% daralaraq 559.8 mln. dollara olmuşdur. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin 6 ayında 572.8 mln. dollar təşkil etmişdir.
2024-cü ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.4% artaraq 1.7 mlrd. dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.6 mln. dollar) idxalı (717.3 mln. dollar) üstələməsi nəticəsində 229.3 mln. dollar həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34.0% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717.3 mln.$ olmuşdur. Bunun 78.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla)
Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 29.7% azalaraq 11.1 mln. dollar təşkil etmişdir. Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 43.2% artaraq 0.8 mlrd. dollar olmuşdur.