2022-ci ilin 6 ayı üzrə tədiyə balansının əsas göstəriciləri açıqlanıb.
Eləcə də bax: Azərbaycanın dövlət büdcəsinin qalığı - 7 DƏFƏ ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balansının ehtiyat aktivləri 4 milyard 633.5 milyon dollar təşkil edib.
2022-ci ilin 6 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.
Cari əməliyyatlar balansında 10,3 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5.3 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 4.6 milyard artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 101dollar/barel2 olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşmışdır. (Marja)