"Moody's Investors Service" şirkətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanın dövlət borcu üzrə faiz ödənişlərinin gəlirə nisbəti cəmi 2,5% təşkil edəcək.
Eləcə də bax: "Moody's": Azərbaycan iqtisadiyyatı bu il - 4% Artacaq
FED.az xəbər verir ki, Azərbaycanın bu göstəricisi "yaxşı" hesab edilir və ölkə Qafqazda liderdir. Ümumilikdə, bu, inkişafda olan ölkələr arasında ən müsbət göstəricilərdən biridir.
Bu nisbətin 2021-ci ildə ən yüksək olacağı inkişaf edən ölkələr arasında Liviya (69%), Şri-Lanka (60,7%) və Misir (47,4%) göstərilib. Dövlət borcu üzrə faiz ödənişlərinin gəlirlərə olan nisbətinin ən aşağı olacaq inkişaf edən ölkələr isə Kuba (2,2%), BƏƏ (Əbu-Dabi,2%), Azərbaycan (2,5%) və Küveytdir (2,7%).
Qeyd edək ki, faiz üzrə ödənişlərə dövlət borcu üzrə faiz ödənişləri daxildir və bura uzunmüddətli istiqrazlar, uzunmüddətli borclar və yerli və xarici rezidentlərə olan digər borc alətləri də daxildir. Ölkələrin faiz xərclərini ödəmək üçün kifayət qədər gəlirinin olub-olmaması əsasən "Moody's" və Dünya Bankı tərəfindən qiymətləndirilir. (Apa)