Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin, Fələstində nümayəndəliyin açılması və digər xərclərlə bağlı 2023-cü il dövlət büdcəsindən 15,9 milyon manat vəsatin ayrılması təklif edilir.
Eləcə də bax: Azərbaycan İsraildə səfirlik - AÇIR
FED.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik təklif olunur. Nazir müavini vurğulayıb ki, dəyişikliklər büdcə qaydalarına uyğundur. (Trend)