Azərbaycanın bank sektoru bu ilin I yarısında 563,3 milyon manat xalis mənfəət əldə edib.
Banklar 2-ci rübü belə başa vururlar - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2023) - YENİLƏNİB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,55 % çoxdur.
6 ay ərzində bankların əməliyyat gəlirləri 2 267,2 milyon manat (1 il əvvələ nisbətən 26, 5% çox), əməliyyat xərcləri 1 466,1 milyon manat (26,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 107,6 milyon manat (26,7 % az), gözlənilməz gəlirləri 1,1 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 131,3 milyon manat (48,7 % çox) təşkil edib. (Report)