Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektoru 73,1 mln. manat həcmində xalis mənfəət əldə edib.
Eləcə də bax: Bank əmanətləri ilin əvvəlindən - 3%-dək Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azalıb.
Hesabata əsasən, yanvar-fevralda bankların xalis faiz gəliri 227,2 mln. manat, qeyri-faiz gəlirləri isə 104,8 mln. manat təşkil edib. (Apa)