Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
ARDNF-dən FED.az-a verilən məlumata görə, AÇG yatağından - bu ilin əvvəlindən iyunun 1-i tarixinə 2 617,2 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 iyun tarixinə 244,069 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 60,784 mln. ABŞ dolları təşkil edib.