Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 4 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Neft Fondunun gəlirləri 3 dəfə artıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, AÇG yatağından - bu ilin əvvəlindən mayın 1-i tarixinə 2 468 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 may tarixinə 935,754 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 mln. ABŞ dollar təşkil edib.