Ölkədən xaricə pul göndərilməsində sürətli pul köçürmə sistemləri üzrə əməliyyatların sayı artıb. FED.az xəbər verir ki, cari ilin iki ayında 163 min belə əməliyyat həyata keçirilib, halbu ki, 2017-ci ilin eyni dövründə bu rəqəm 149 min təşkil edirdi. Nəticədə Azərbaycandan kənara 97 milyon manat pul köçürülüb. Bir ödənişin məbləği isə təxminən 597 manat təşkil edir.
Sürətli pul köçürmə sistemləri vasistəsilə ölkəyə daxil olan pullar da ötən ilin eyni dövri ilə müqayisədə artıb. Artım həm əməliyyatların sayında həm də vəsaitin məbləğində özünü göstərir. Sürətli pul köçürmə sistemilə Azərbaycan banklarına bu ilin ilk iki ayında 281 milyon manat pul köçürülüb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə artım deməkdir.
Ümumilikdə isə, ölkəyə bu sistemlə daxil olan pulların həcmi çıxan vəsaitdən 3 dəfəyə yaxın çoxdur.
Azərbaycandan xaricə "köçən pullar" artıb - RƏQƏMLƏR
15:34
18 Aprel 2018