2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya həyata keçirilən pul köçürmələrinin həcmi 136 mln. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Rusiyadan Azərbaycana ötən il 1 mlrd. dollaradək - PUL KÖÇÜRÜLÜB
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci illə müqayisədə 12,8% azdır.
Hesabat dövründə Azərbaycandan bir köçürmənin orta məbləği 290 dollar təşkil edib. Ölkədən Rusiyaya yönələn transfertlərin 86%-i Rusiya rezidentlərinə göndərilib.
Təkcə IV rübdə Azərbaycandan Rusiyaya fiziki şəxslər tərəfindən 37 mln. dollar transfer olunub. Bu, III rüblə müqayisədə 8,8%, 2020-ci ilin analoji rübü ilə müqayisədə isə 12,1% çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Rusiyaya pul baratları göndərən MDB ölkələrinin siyahısında Azərbaycan səkkizincidir, lider isə Qazaxıstandır (1,69 mlrd. dollar). (Apa)