Bu ilin 9 ayında Azərbaycandan xaricə yönəldilmiş xarici investisiyaların həcmi 2,7 milyard dollar təşkil edib.
Azərbaycana xaricdən pul köçürmələri - 2.5 MİLYARD MANAT AZALIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov dekabrın 15-də keçirdiyi brifinqdə deyib. O çıxışında qeyd edib ki, Azərbaycandan bu ilin 9 ayında 402 milyon dollarlıq pul köçürmələri olub.Bu ilin 9 ayında Azərbaycandan xaricə yönəldilmiş xarici investisiyaların həcmi 2,7 milyard dollar təşkil edib.
Pul köçürmələrinə görə top 5 ölkələr və köçürmələrin həcmi aşağıdaki kimidir:Türkiyə (104 milyon dollar), Rusiya (55 milyon dollar), Gürcüstan (43 milyon dollar), ABŞ (41 milyon dollar), Birləşmiş Krallıq (22 milyon dollar) olub.