2020-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası (geri dönüşü) 4 milyard 268.2 milyon dollar təşkil edib.
Eləcə də bax: Mərkəzi Bank xaricə milyardlıq “pul axınının” azalma səbəbini - AÇIQLAYIB
2020-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası 3 milyard 403.1 milyon dollar təşkil etmişdi.
Tədiyyə balansında qeyd edilib ki, 2021-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 milyard 182.9 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (3 milyard 85.3 milyon dollar) kapitalın repatriasiyası (4 milyard 268.2 milyon dollar) arasındakı fərqdən formalaşır.
Xatırladaq ki, 2020-ci ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509.7 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (2 milyard 893.4 milyon dollar) kapitalın repatriasiyası (3 milyard 403.1 milyon dollar) arasındakı fərqdən formalaşmışdı. (Marja)