2024-cü ildə Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 45 milyon ABŞ dolları təşkil edib.
“Azərpoçt”a ötən il beynəlxalq pul köçürmələri vasitəsilə 314 milyon manat daxil olub
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2023-cü illə müqayisədə 23,6 % azdır.
Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,7 %-dən 8,5 %-ə düşüb.
Ötən il Gürcüstandan Azərbaycana isə fiziki şəxslər 35,3 milyon ABŞ dolları pul köçürmələri həyata keçirib.
Bu, əvvəlki ilə nisbətən 5,8 % azdır.
İl ərzində Gürcüstandan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 2,3 %-dən 3,3 %-a çatıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 4,25 % az), əks istiqamətdə pul köçürmələri isə 1 milyard 82,9 milyon ABŞ dolları (34,6 % az) təşkil edib. (Report)