Ötən il Azərbaycandan Gürcüstana 53,9 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Eləcə də bax: Azərbaycan Gürcüstanın builki təbii qaz tələbatının - 92%-ni Ödəyəcək
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir. Bildirilir ki, bu göstərici 2019-cu illə müqayisədə 2,6 dəfə çoxdur. Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 16,3 mln. dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 13,2% çoxdur.
Təkcə ötən ilin dekabr ayında Azərbaycandan Gürcüstana 5,8 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 2,9%-nə bərabərdir. 2020-ci ilin dekabr ayında Gürcüstandan Azərbaycana pul köçürmələri 1,7 mln. dollar təşkil edib.
Ötən ilin dekabr ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 199,7 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 15,9% və ya 27,4 mln. dollar çoxdur. (Apa)