Ötən il Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7 milyon 693 min ABŞ dolları təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 1 milyon 547 min ABŞ dolları və ya 25,2% artıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü lldə Azərbaycandan Fransanın fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon 146 min ABŞ dolları idi.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Fransanın payı 1,5% təşkil edib. 2023-cü ildə isə bu göstərici 1,1% idi.