Bu ilin III rübü ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyə balansına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub.
Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur.
ELƏCƏ DƏ BAX: Azərbaycanın tədiyyə balansının ümumi profisiti artıb
Qeyd edək ki, bu ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.