Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,03 milyon manat zərərlə başa vurub.
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24 dəfə azdır.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,21 milyon manat (0,8 % çox), xərcləri 0,69 milyon manat (1,4 % az), xüsusi ehtiyatlara ayırmaları isə 0,54 milyon manat (45 % az) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9 % böyüyüb.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21,2 % azalaraq 2,6 milyon manat, balans kapitalı isə 11 % artaraq 10,1 milyon manat, o cümlədən nizamnamə kapitalı 4 % azalaraq 7,2 milyon manat olub. (Report)