Azərbaycandakı kredit ittifaqları ötən ili 0,1 milyon manat zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - Azalıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 7 dəfə azdır.
2020-ci ildə kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (illik müqayisədə 4,2% az), xərcləri 1,1 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,3 milyon manat (31,6% az) təşkil edib.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 15,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,4% azdır. Bunun 13,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlədir. 2020-ci ildə sektorun kredit portfeli 10,7% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 10,8% azalaraq 5,8 milyon manata, balans kapitalı isə 6,9% azalaraq 9,4 milyon manata düşüb. (Report)