Bu ilin avqust ayında valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 512,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: Azərbaycanda pul bazası ilin əvvəlindən - 4,5% Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici cari ilin iyul ayı ilə müqayisədə 11%, ötən ilin avqust ayı ilə müqayisədə isə 7,2% çoxdur.
Beləliklə, cari ilin yanvar-avqust aylarında Neft Fondu valyuta hərraclarında 3,74 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azdır.
COVID-19 pandemiyasının əvvəlindən (2020-ci ilin aprel ayı) banklar hərraclarda 8,272 mlrd. dollar vəsait cəlb edib. (Apa)