Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 83 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (24 dekabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4% və ya 3,2 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.