Aərbaycanın istiqraz bazarına yeni alət buraxılıb. FED.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin istiqrazları qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
Hər birinin qiyməti 1000 manat olan istiqrazların sayı 2 min ədəd, yəni ümumi həcmi 2 milyondur. İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” şirətidir.
Şirkətdən FED.az-a bildirilib ki, “BOKT Embafinans”ın istiqrazları manatla, illik 10,5% gəlirliklə bir il müddətinə buraxılıb.
İstiqraz üzrə faizlər hər ay ödəniləcək, amma geri alma 3 aydan bir həyata keçiriləcək. Yəni istiqraz sahibi indi aldığı istiqrazı bir də 3 aydan sonra sata biləcək. Ondan sonra isə daha 3 ay gözləməli olacaq. “AzFinance İŞ”dən bildirilib ki, gələcəkdə BOKT daha 2 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır.
Qeyd edək ki, “BOKT Embafinans”ın gəlirlik dərəcəsi Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarından və Mərkəzi Bankın notlarından artıq olsa da (adə çəkilən alətlərinillik gəlirliyi 8% ətrafındadır), bazardakı digər şirkətlərin istiqrazlarının, məsələn «METAK»ın gəlirliyindən (12-14%), eləcə də bank əmanətlərinin gəlirliyidən (12-15%, bəzilərində +2% bonus) nisbətən aşağıdır.
Yeni istiqrazlar üzrə hərrac gələn həftə keçiriləcək.
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın ilkin ticarət qiyməti |
1 |
AZ2001020604 |
Faizli təmin edilməmiş |
|
1000 AZN |
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.