Prezident İlham Əliyev Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanuna dəyişiklikləri təsdiqləyib. 
FED.az xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib: 
2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 2.0.23-cü maddə əlavə edilib: 
2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması.”. 
Aşağıdakı məzmunda 33-6-cı maddə əlavə edilib: 
“Maddə 33-6. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri 
| Dövlət rüsumunun məbləği | |
| 33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması | 20 manat | 
| 33-6.2. Könüllü dövlət genom qeydiyyatının aparılması | 250 manat | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








