Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin “UnionPay” ödəniş sistemi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Mərkəzi Bank və Çinin ödəniş sistemi arasında Anlaşma Memorandumu imzalanıb
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov və Çinin “UnionPay” ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında keçirilən görüşdə Azərbaycanda ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Görüşün yekununda imzalanan memorandumda da Mərkəzi Bankla “UnionPay” arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, Azərbaycanda zamanda “UnionPay” kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək.

Azərbaycan tərəfi ümid edir ki, Çinlə bu sahədə əməkdaşlıq nağdsız ödənişlərin inkişafına, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsi, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi kimi üstünlüklər gətirəcək.
Başqa sözlə, yaxın vaxtlardan etibarən Azərbaycanda «Visa» və «Masterkard»la yanaşı «UnionPay» kartları da buraxılacaq. Xatırladaq ki, hazırda Azərbaycanda yerli banklar əsasən «Visa» və «Masterkard» platformalarında kart buraxırlar.
Qeyd edək ki, «UnionPay» - Çinin rəsmi dövlət maliyyə şirkəti və bank kartları buraxan ən böyük ödəniş sistemidir. 2022-ci ildə yaradılan və baş ofisi Şanxayda yerləşən «UnionPay» həm də elektron pul köçürmələri şəbəkəsidir, onun kartları dünyanın 183 ölkəsində işləyir.
Xatırladaq ki, UnionPay yaradılana qədər və ondan sonra da bir müddət «Visa» və «Mastercard» ödəniş sistemləri dünyanın maliyyə sektorunun liderləri və inhisarçıları idilər.
Amma 2015-ci ildə «UnionPay» müştəri ödənişlərinin ümumi məbləği göstəricisi üzrə «Visa» və «Mastercard»ı arxada qoyub. Eyni zamanda bu sistemi debet və kredit kartlar da daxil olmaqla dünynən ən çoxsaylı krat emal edən ödəniş şəbəkəsinə çevrilib.
2025-ci ildə «UnionPay»la həyata keçirilən tranzaksiyaların (pul köçürmələrinin) 43%-i Çindən kənarda həyata keçirilib və bu da «UnionPay»ın Çindən kənarnda necə sürətlə genişləndiyini göstərir. Müqayisə üçün bildirək ki, 2015-ci ildə «UnionPay»ın Çindən kənar ödənişlərinin payı cəmi 0,5% təşkil edirdi.
Eyni zamanda Azərbaycan bankları üçün maraqlı olacaq daha bir detal - «UnionPay» mobil və onlayn ödəniş xidmətləri də təqdim edir.
Yarandıqdan dərhal sonra «UnionPay» dünyaya genişlənməyə başlayıb. Bu sistem vasitəsilə Hindistanda «RuPay», Yaponiyada «JCB», Cənubi Koreyada «BC kartı», Rusiyada «Mir» kartları, Türkiyədə «Troya» kartları işə düşüb.
2005-ci ildən ABŞ-ın «Discover Network» şəbəkəsi «China UnionPay Network»la əməkdaşlığa başlayıb. Bunun sayəsində bütün ABŞ ərazisində, bankomat və pos-terminallarda bu kartlar işləyir. 2007-ci ildən kart coğrafiyası genişlənərək ABŞ, Kanada, Meksika, Məokəzi Amerikaya yayılıb. 2010-cu ildən «PayPal» şirkəti «China UnionPay»la əməkdaşlığa başlayıb.
Şirkət Avropada da sürətlə genişlənir. 2016-cı ildə «UnionPay» elan edib ki, Avropanın 39 ölkəsində 2,2 milyona yaxın satıcı və obyekt «UnionPay» kartlarını qəbul edir. Bu da bütün kart istifadəçilərinin 50%-i deməkdir.
«UnionPay» kartlarını bütün sektorlardan olan satıcılar öz ödəniş sistemlərinə inteqrasiya edib onlayn və ya oflayn qəbul edə bilər. «UnionPay» kartları iri univermaqlar, aviaşirkətlər, rüsumsuz mağazalar, otel, restoran və əyləncə mərkəzləri, eləcə də Luvr, Versal muzeylərində qəbul edilir. «UnionPay» həm də biznes məktəbləri və universitetlərdə qəbul edilir ki, çinli tələbələr təhsil haqqını ödəyə bilsinlər. Bununla yanaşı, bəzi yüksək riskli sektorlardan olan obyektlər «UnionPay»da hesab açıb ondan istifadə edə bilməzlər.
Maraqlıdır ki, «UnionPay»ın bəzi kartları «American Express» (AmEx), MasterCard və ya «Visa» ilə əlaqəlidir və onları xaricdə kredit kartı kimi istifadə etmək olar. Amma «UnionPay»ın debet kartlarını yalnız «UnionPay» şəbəkəsində və onunla müqavilə bağlamış şəbəkələrdə istifadə etmək mümkündür.
2022-ci ildən sonra «China UnionPay»ın Rusiyada fəaliyyəti qat-qat genişlənib. Ukrayna müharibəsi başlayandan sonra «Visa» və «Mastercard» rusiya ilə əməkdaşlığı dayandırdı və bundan sonra «Sberbank», «Alfa-bank» və «Tinkoff-bank»ları «UnionPay»a keçdiklərini elan etdilər.
Bununla yanaşı, 2022-ci ilin aprelində sanksiyalapr səbəbindən bu sistemi Rusiyanın bəzi bankları ilə əməkdaşlığı dayandırıb - yəni Çin ödəniş sistemi olsa da, ABŞ sanksiyalarından ehtiyat edir.
Hazırda «UnionPay» dünyada «Visa» və «Mastercard»la ciddi rəqabər aparan, hətta onlardan daha geniş dövriyyəsi olan ödəniş sistemidir.
Belə ki, dünyada ödəniş əməliyyatlarındakı paya görə, «UnionPay» digərlərini qabaqlayır Ən son statistikaya görə 2025-ci ildə bu şəbəkələrin qlobal bazarda ödəniş payı təxminən belədir:
|
Kart şəbəkəsi |
Təxminən qlobal pay (%) |
|
«UnionPay» |
~36 % |
|
«Visa» |
~30 % |
|
«Mastercard» |
~19 % |
Dünyadakı kart sayı üzrə də «UnionPay» liderdir. «Visa»nın 4,48 milyard kartı, «Mastercard»ın 2,94 milyard kartı olduğu halda, «UnionPay» 7 milyarddan çox karta malikdir, hərçənd onların əksəriyyəti Çin daxilindədir.
Azərbaycan bazarında isə «Visa» və «Mastercard» sistemləri, həm əməliyyat sayı, həm də ödəniş məbləğləri baxımından ən böyük paya malikdirlər və bütün bazar demiək olar ki, 99% bu iki sistem arasında bölünüb. «UnionPay»ın işə düşməsi ilə gələcəkdə bu nisbət dəyişə bilər.










