Bu ilin oktyabrın 31-nə Azərbaycan banklarında illik gəlirin 2,4 min manatadək olan milli valyutadakı müddətli əmanətlər cəmi milli valyutada olan müddətli əmanətlərin 22 %-ni (0,9 milyard manat) təşkil edib.
Manat və dollar əmanəti hansı bankda – daha sərfəlidir? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ölkədə fiziki şəxslərin banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirdikləri depozitləri üzrə əldə etdikləri 200 manata qədər aylıq faiz gəlirlərinin verigidən azad olunmasına dair Vergi Məcəlləsinə təklif olunan dəyişikliyi şərhində bildirilib.
"Həmin tarixə fiziki şəxslərin banklarda olan müddətli əmanətləri 6,6 milyard manat təşkil edir ki, bunun da 65 %-i və ya 4,3 milyard manatı milli valyutadadır. Vergi Məcəlləsinə dəyişiklik layihəsində fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan illik faiz gəlirlərinin 2 400 manatadək olan hissəsinin vergidən azad olunması nəzərdə tutulur. Bundan əlavə, fiziki şəxslərin hər bir bankda 18 ay və daha artıq müddətdə yerləşdirilən milli valyutada olan əmanətlər üzrə faiz gəlirlərinin tam olaraq 3 il müddətinə vergidən azad olunması da nəzərdə tutulur. Layihəyə əsasən, müddəalar fiziki şəxslərin hər bir bankda olan əmanətinə ayrılıqda tətbiq edilir”, - sorğunun cavabında deyilir.
AMB vurğulayıb ki, vergi dərəcəsinin illik gəlir üzrə differensiallaşdırılma sosial aspektlərin nəzərə alınması ilə əlaqədardır, müddət baxımından differensiallaşdırılma isə uzunmüddətli əmanətlərin cəlbini stimullaşdırmaq məqsədini daşıyır: "Azadolmaların hər iki halda milli valyutada olan əmanətlərə tətbiqi isə milli valyutada əmanətlərin cəlbinə marağı artırmağa xidmət edir”. (Report)