Dünya Bank (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.
"Interfax" agentliyinin məlumatına görə, Azərbaycanın indeksi 83,79-a bərabərdir.
İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.
Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib. "Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib.