Azərbaycanda ali təhsulə əlçatanlıqda ən varlı və ən kasıb təbəqə arasında fərq 4 dəfəyə çatıb. Bu barədə FED.az-a iqtisadçı ekspert Rövşən Ağayev Dünya Bankının araşdırmalarına əsasən məlumat verib.
Qeyd edək ki, Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatının nəticələri bir qədər əvvəl açıqlanıb. Ekspert bildirir ki, bu tədqiqatda 2 cidd fakt diqqəti çəkir: “Azərbaycanda Bakı da daxil olmaqla şəhər ərazilərində yaşayan zəngin 20% əhalinin 40%-nin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20% əhalinin isə 11%-nin ali təhsil almaq imkanı var”.
Başqa sözlə, ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, kəndlə şəhər arasında fərq 4 dəfəyə yaxındır: «İkinici diqqətçəkən məqam odur ki, Azərbaycanda ali təhsillə ümumi əhatə əmsalı 23% olmaqla Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır...»
ELƏCƏ DƏ BAX: Müavinət, təqaüd və yardım yeni qaydada – TƏYİN EDİLƏCƏK
Ekspert bildirib ki, bir müddət əvvəl Dünya Bankı Azərbaycanda səhiyyə ilə bağlı araşdırmasının nəticələrini də açıqlayıb: «Həmin tədqiqatda isə göstərilirdi ki, Azərbaycanda ən zəngin 10% əhali ən yoxsul 10%-lə müqayisədə sağlamlıqlarına 8 dəfə artıq vəsait xərcləyir».
Ekspert bildirir ki, bu faktlar ölkədə yoxsulluqla bağlı siyasətin dəyişdirilməsinin vacibliyini göstərir: «Bu 2 faktı onu göstərir ki, ölkədə həm yoxsulluğun gerçək miqyasının, həm də qeyri-bərabərlik əmsalının (Gini) ölçülməsi ilə bağlı rəsmi strukturlar öz fəaliyyətlərinə ciddi korektələr etməlidirlər. Nəticəli, gələcəyə ünvanlanan və keyfiyyətli sosial-iqtisadi siyasət ölçmənin və diaqnostikanın düzgün qurulmasından başlayır. Məşhur misalda deyildiyi kimi, getdiyin yol yanlışdısa, hansı sürətlə getməyinin (bizim misalda hansı miqdarda pul xərcləməyinin) əhəmiyyəti yoxdur. Hərçənd ki, bençmarkinq göstəriclərlə müqayisə edəndə, elə böyük pul da xərclənmir...».
ELƏCƏ DƏ BAX: Bu xidmətlər bahalaşdı – SİYAHI